“Şəhidlər Xiyabanı and yerimizdir”adlı tədbir keçirildi

21.01.2016 Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 11.01.2016-cı il tarixli 05 nömrəli “20 Yanvar faciəsinin iyirmi altıncı ildönümünün qeyd edilməsi barədə” əmrinə əsasən Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəbdə silsilə tədbirlər təşkil olunur.Belə ki, məktəbimizin “Tədbirlər Planı”na əsasən 20 Yanvar hadisələrinin əks etdirən divar qəzetləri,fotostendlər hazırlanmış, şagirdlərlə vətənpərvərvərlik mövzusunda söhbətlər aparılmış, məktəbin müəllim və şagirdlərdən ibarət böyük heyətlə "Şəhidlər Xiyabanı" və məktəbimizin adını daşıyan Fuad Fərhadoğlunun məzarı ziyarət olunmuşdur. Bu gün silsilə tədbirlərin davamı olaraq məktəbin akt zalında “Şəhidlər xiyabanı and yerimizdir”adlı tədbir təşkil olundu.Tədbirdə şagirdlərimiz şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlərə və həmin tarixi özündə əks etdirən səhnəciklərlə çıxış etdilər.Sabah keçirilməsi nəzərdə tutulan "Bədii qiraət müsabiqəsi" Vətənimizin azadlığı uğrunda canından keçən Şəhidlərimizin əziz xatirəsinə həsr olunacaq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi