5 Oktyabr Beynəlxalq Müəllimlər Günü qeyd edildi

Bu gün 5 Oktyabr Beynəlxalq Müəllimlər Günüdür. Müəllim gənc nəslin mənəvi aləminin memarı, cəmiyyətin etibar etdiyi şəxsdir. Müəllim peşəsinə ən yüksək dəyəri Ulu Öndər Heydər Əliyev verərək demişdir: "Mən dünyada müəllimdən yüksək ad tanımıram. Bizim hər birimiz elmi dərəcəmizdən, biliyimizdən, təhsil səviyyəmizdən asılı olmayaraq, bütün nailiyyətlərimizə görə məktəbə, müəllimə borcluyuq." 
Bu əlamətdar gün münasibətilə bu gün məktəbimizdə Bayram tədbiri keçirilmişdir. Tədbir Şüvəlan Mədəniyyət Evi ilə birgə təşkil edilmişdir. Tədbirdə Şüvəlan Mədəniyyət Evinin və məktəbimizin rəhbərliyi, müəllimləri və şagirdləri iştirak edirdi. Şagirdlər hazırladıqları şeirlər, rəqslər- maraqlı kompozisiyalarla müəllimləri təbrik etdilər. Tədbirin sonunda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev bütün müəllimləri təbrik etdi və bildirdi ki, müəllimin məqsədi Azərbaycan dövləti qarşısında öz məsuliyyətini dərk edən, insan hüquqları və azadlıqlarına hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, müstəqil və yaradıcı düşünən vətəndaş və şəxsiyyət yetişdirməkdir. Bu mənada bu gün müəllimlərimizin xidmətləri əvəzsizdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi