Şəhidimiz Fuad Fərhad oğlu Mövludovun 50 illik yubileyi qeyd olundu

Bu gün məktəbimiz üçün tarixi bir gün oldu. Hamımıza doğma olan təhsil ocağımız 230 saylı məktəbin adını daşıdığı, qəlbimizdə həmişə yaşatdığımız şəhidimiz Fuad Fərhadoğlu Mövludovun 50 illik yubileyini qeyd etdik. 
Məktəbin akt zalında təşkil olunan tədbir Dövlət Himnimizin ifası ilə açıq elan olundu. Şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edildikdən sonra 20 Yanvar hadisələri özündə əks etdirən videoçarx nümayiş olundu. Şagirdlər o qanlı gecəni tərənnüm edən şeirlər söylədi. Ardınca məktəbin direktoru Təhmasib Məmiyevə söz verildi. O qeyd etdi ki, ürəyində Vətən sevgisini daim yaşadan Fuad Fərhadoğlu, doğma diyarımız Azərbaycanın müstəqilliyə gedən çətin və keşməkeşli yolunda canını vətəninin azadlığına qurban verərək o müqəddəs zirvəyə, şəhidlik zirvəsinə ucalmışdır. Fuad kimi yüzlərlə qəhrəman övladımız şagirdlərimiz üçün örnəkdir.
Daha sonra Fuad Fərhadoğlunun anası Dilarə anaya söz verildi. O da öz növbəsində tədbiri təşkil edən məktəb rəhbərliyinə, iştirak edən şagirdlərə və tədbirin ərsəyə gəlməsi üçün zəhməti keçən hər kəsə təşəkkür etdi.
Tədbir yekunlaşdıqdan sonra məktəb rəhbərliyi, müəllimlər və bir qrup şagirdlə birgə Fuad Fərhadoğlu Mövludovun məzarı ziyarət olundu və qəbri üstə tər qərənfillər düzüldü.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi