İbtidai sinif valideyləri ilə görüş keçirilmişdir

20.09.2018-ci il tarixində məktəbimizin akt zalında ibtidai sinif valideyləri ilə iclas keçirildi. İclasda çıxış edən məktəb rəhbərliyi yeni tədris ilinin başlanması münasibətilə valideynləri təbrik etdi və şagirdlərə uğurlar arzuladı. Məktəb direktoru Təhmasib Məmiyev qeyd etdi ki, məktəblə valideynlərin müntəzəm sıx əlaqəsi uşağın təlim-tərbiyəsinin uğurlu nəticəsi üçün əsas şərtdir. Uşağın xoşbəxt insan kimi yetişməsi üçün məktəblə ailənin birgə işi həlledici amildir. İstər məktəbdaxili, istərsə də sinifdəndənxaric işlərdə valideynlərin həvəskarlığı, can yandırması və fəal köməyi çox vacibdir. Valideynlər məktəbin fəaliyyət planı və dərs cədvəli ilə tanış olmalı, evi məktəbin işi ilə həmahəng etməyə çalışmalıdır. Məktəb şagirdlərin uğur və problemlərini müntəzəm olaraq valideynlərlə birlikdə müzakirə etməlidir. Valideyn-müəllim görüşləri və toplantıları, valdeyn-müəllim fəallığı şagirdlərin ümumi vəziyyətini ətraflı təhlil etmək, məktəbin işi və qayğıları ilə mütəmadi tanış olmaq və nəticədə vacib məsələləri vaxtında həll etməyə kömək edir.
Həmçinin bildirildi ki, məktəbdə tam ədalətli və şəffaf mühit yaradılmış, ən xırda neqativ halların da qarşısı alınmışdır. Bu mənada əgər valideynlərin bir şikayəti olarsa məktəb rəhbərliyi birbaşa cavabdehlik daşıdığı vurğulandı.
Daha sonra şagird nailiyyətlərinin qiymətləndirilməsində aparılan dəyişikliklər barəsində valideynlərə dolğun məlumat verildi.
Məktəb psixoloqu çıxışında ailədaxili münasibətlərin şagird xarakterinin formalaşmasında və şagirdin təlim nəticələrində böyük rol oynadığını diqqətə çatdırdı.
Sonda valideynləri maraqlandıran suallara cavab verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi