Şəhidlər Xiyabanı ziyarət olundu

19.01.2016 20 Yanvar Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.Bu gün 20 Yanvar Ümumxalq Hüzn gününün 26-cı ildönümü münasibəti ilə Fuad Fərhadoğlu adına 230 N-li tam orta məktəb rəhbərliyi, bütün müəllim və şagird heyəti Şəhidlər Xiyabanını ziyarət etdilər.Şagirdlərimiz Azərbaycanın azadlığı uğrunda canından keçən şəhidlərimizin məzarı üstünə tər qərənfillər düzdülər.Əsgər forması geymiş şagirdlərimiz 20 Yanvar abidə-kompleksinin önündə şəhidlərin əziz xatirəsinə həsr olunmuş şeirlər söylədilər.Daha sonra Qarabağ müharibəsi şəhidləri, Türk əsgərlərinin məzarı və Həzi Aslanovun abidəsi ziyarət olundu.Sonda şagird və müəllimlərimiz məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidimiz Fuad Fərhadoğlunun məzarını ziyarət etdilər və şəhidimizin məzarına əklil qoydular.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi