“Bilik günü” təntənəli tədbirlə qeyd olundu

Təhsil Nazirliyinin 30.08.2018-ci il tarixli əmrinə əsasən bu gün məktəbimizdə 15 sentyabr “Bilik günü” təntənəli tədbirlə qeyd olundu.Tədbir Azərbaycan Respublikasının dövlət himninin ifası ilə açıldı. İlk olaraq məktəbimizin direktoru Təhmasib Məmiyev çıxış etdi. O, 2018-2019-cu tədris ilinin başlaması münasibətilə hər kəsi təbrik etdi və şagirdlərə yüksək nailiyyətlər qazanmağı arzu etdi. O, ilk dəfə məktəbə qədəm qoyan birinciləri də təbrik edərək, məktəb illərinin uğurlu keçməsini arzuladı. 
Tədbirdə ictimaiyyət nümayəndələri, ötən illərin məzunları, məktəbimizin keçmiş direktoru İlyas müəllim və valideynlər çıxış edərək, şagirdlərə dərs ilinin başlaması münasibətilə arzu və diləklərini çatdırdılar. Tədbir birincilərin rəngarəng çıxışları ilə davam etdi. Sonda məktəb zəngi çalındı və şagirdlər sinif otaqlarına yola salındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi