Pedaqoji Şuranın 2018-2019-cu tədris ili üçün ilk iclası keçirildi

13 sentyabr 2018-ci il tarixində Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə Pedaqoji Şuranın 2018-2019-cu tədris ili üçün ilk iclası keçirildi.
İclası giriş sözü ilə açan Pedaqoji Şuranın sədri Təhmasib Məmiyev yeni tədris ilində pedaqoji kollektivə uğurlar arzuladı və iclasın gündəliyində duran məsələləri şura üzvlərinin diqqətinə çatdırdı. 
Gündəlikdə duran məsələlər bunar idi:
1.2018 -2019-cu tədris ili üçün məktəbin fəaliyyət planının müzakirəsi və qəbul edilməsi.
2.Müəllimlərin dərs yükünün təsdiqi.
3.Yay tapşırıqlarının qiymətləndirilməsinin nəticələri.
4.2017-2018-ci tədris ilinin yekunu və təhsil sistemində islahatlarla əlaqədar tərbiyə-təhsil sisteminin yaxşılaşdırılması sahəsində yeni dərs ilində kollektivin qarşısında duran vəzifələr.
5.2018-2019-cu tədris ili üçün məktəbin illik fəaliyyət planının müzakirəsi və təsdiqi. Pedaqoji Şuranın planının müzakirəsi və təsdiqi. Direktorun, direktor müavinlərinin, kitabxançıların illik fəaliyyət planının təsdiqi.
6.Sinif rəhbərlərinin, metodbirləşmə rəhbərlərinin təsdiqi.
İcasın gündəliyində duran məsələlər oxunduqdan sonra məktəbin Təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov geniş məruzə ilə çıxış edərək 2017-2018-ci tədris ilində əldə olunan nəticələr, tədrisdə keyfiyyət göstəricisi zəif olan və sinifdə təkrar saxlanılan şagirdlərin kəmiyyəti, buraxılış imtahanlarında əldə olunan nəticələr barədə məlumat verdi. 
Ardınca çıxış edən təlim-tərbiyə işləri üzrə direktor müavini Gülnar Şirinova da, ibtidai siniflər üzrə əldə olunan şagird nailiyyətləri haqqında geniş təqdimatla çıxış etdi. 
Təsərrüfat işləri üzrə direktor müavini Səbuhi Mehtiyev məktəbdə görülən təmir işlərinin yekunları barədə məlumat verdi və məktəb binasının yeni tədris ilinə tam hazır olduğunu bildirdi. 
Sonda İclasın gündəliyində duran digər məsələlər geniş müzakirə olundu, pedaqoji kollektivin təklif və iradları dinlənildi, hər bir məsələ müzakirə olunaraq yekun qərar qəbul olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi