”Son zəng” tədbiri keçirildi

Artıq uzun illərdir ki,”Son zəng” Azərbaycanın orta ümumtəhsil məktəblərində təntənəli şəkildə qeyd olunur. İyunun 14-də ölkəmizin hər guşəsində olduğu kimi bizim də məktəbdə ”Son zəng” tədbiri keçirildi.
Məktəbimizdə keçirilən “Son zəng “tədbiri məktəbin direktorunun və müəllimlərinin təbriki,gələn qonaqların arzuları,11-cilərin çıxışı ilə yadda qaldı. 
İlk olaraq tədbirə Dövlət bayrağı gətirildi. Daha sonra Dövlət Himni hamılıqla oxundu.
Təbrik üçün ilk söz məktəbin direktoru Təhmasib Məmiyevə verildi. Təhmasib müəllim məktəbin nailiyyətlərindən, şagirdlərin uğurlarından danışdı. Məktəb və şagirdlərin müxtəlif müsabiqə iştirakçıları olduğunu qeyd etdi və bu müsabiqələrdə uğurla çıxış etdiklərini vurğuladı. O, məzunları təbrik edərək onlara uğurlar arzuladı.
Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndəsi də iştirak edirdi. O,çıxış edərək 230 nömrəli məktəbin rayonun qabaqcıl məktəblərindən biri olduğunu qeyd etdi. Bu məktəb həm də öz məzunları ilə fəxr etdiyini vurğuladı.
Sinif rəhbərlərinin və müəllimlərin çıxışları məzunları duyğulandırdı. Onlar məzunlara həmişə məktəbin adını uca tutmağı arzuladılar.Məzunlar öz çıxışlarında məktəbdən ayrıldıqları üçün həm kədərləndiklərini ,həm də sevindiklərini bildirdi. Kədərlənirdilər ki, onlar doğma məktəbdən,11 il bir sinifdə oxuduqları uşaqlardan, sevimli müəllimlərindən ayrılırlar. Sevinirdilər ona görə ki, müstəqil həyata qədəm qoyurlar.
Sonda son zəng səsləndi.Bu zəng artıq onları siniflərə deyil, müstəqil həyata səsləyirdi.Sizə uğurlar olsun ,əziz məzunlar!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi