Məktəbimizin ingilis dili müəllimi peşəkar təlimçi kimi uğurlar əldə edib

Məktəbimizin ingilis dili müəllimi Ülviyyə Bəramova peşəkar təlimçi kimi bir sıra uğurlar əldə etmişdir. O, MOOC lider seçilmiş və Amerika Səfirliyi ilə əməkdaşlıq edir. Belə ki, Amerika səfirliyinin təşkilatçılığı ilə Xaçmazda keçirilən "Yeni təhsil texologiyalarından istifadə" adlı seminarda təlimçilik etmiş və uğurlu təlimdən sonra Bakı Amerika Mərkəzində də təlim keçməyə dəvət almışdır. Bundan başqa o, Amerika Səfirliyi tərəfindən "Amerika ingilis dili müəllimi" nominasiyasina layiq gorülmüşdür. Eyni zamanda o, Nyu York konfransında əcnəbi müəllimlər qarşısında öz təqdimatı ilə onlayn çıxış etmiş və sertifikat almışdır. O, Oxford Universitetinin onlayn seminarında və digər onlayn seminarlarda peşəkar fəaliyyəti ilə bağlı iştirak etmiş və buna görə də Amerika Səfiri tərəfindən sertifikatla təltif olunmuşdur. Müəllimimizi əldə etdiyi uğurlara görə təbrik edir və yeni-yeni nailiyyətlər arzu edirik

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi