Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi qeyd edilib

Bu il Azərbaycanın görkəmli siyasi xadimi Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi tamam olur. Respublikamızın hər bir guşəsində bu tarix Azərbaycanın ən şərəfli tarixi günlərindən biri kimi qeyd olunur. Bu günki müstəqil Azərbaycanın müəllifi olan Heydər Əliyev ölkəmizin bütün sahələrinin inkişafında göstərdiyi xidmətlərinə görə bənzərsiz dövlət xadimi və siyasətçi kimi tarixə düşmüşdür.

Bu dahi siyasətçinin adı xalqımızın iftixar və qürur mənbəyidir. Onun vətənimiz üçün gördüyü işlər daim yaddaşlardadır. Bu yaddaşsa bir estafet kimi yaşlı nəsildən gənc nəslə ötürülür. Böyük liderimizin xatirəsi hər zaman anılır və əziz tutulur.

Bunun bariz nümunələrindən biri kimi bu gün məktəbimizdə Ümummilli lider Heydər Əliyevin 95 illik yubileyi münasibətilə tədbir hazırlamışdır. Tədbir dövlət himninin səslənməsi ilə başlanmış, şagirdlərin rəngarəng çıxışları ilə davam etmişdir. Sonda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev qeyd etmişdir ki, Azərbaycan tarixinin ən şanlı səhifələrini yazmış ulu öndər Heydər Əliyevin keçdiyi həyat yolu, bizə və gələcək nəsillərə miras qoyduğu mənəvi irsi misilsiz sərvət, əvəzsiz nümunədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi