Şuşanın işğalından 26 il ötür

8 may tarixində məktəbimizin tarix müəllimi Qərənfil Əsədova Şuşanın işğalını yad etmək məqsədilə 9a sinif şagirdlərinin və məktəb rəhbərliyinin iştirakı ilə "Dəyirmi masa" təşkil etmişdir. Əvvəlcə Azərbaycanın dilbər guşələrindən olan Şuşa şəhərinin görüntülərini əks etdirən videoçarx nümayiş olunmuşdur. Daha sonra şagirdlərin mövzu ilə əlaqədar məruzələri dinlənilib. Şagirdlər çıxışlarında qeyd etmişlər ki, Şuşanın işğalı zamanı yüzlərlə dinc sakin həlak olub, 60-ya yaxın mülki şəxs girov götürülüb və itkin düşüb, ölən, yaralanan və girov götürülənlər arasında qadınlar və uşaqlar da var. Onların bir çoxu bu günə qədər azad olunmayıb. Şuşanın işğalı nəticəsində təxminən 22 minə yaxın insan qaçqın düşüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi