GÖRKƏMLİ OFTALMOLOQ ZƏRİFƏ ƏLİYEVANIN ANADAN OLMASININ 95-Cİ İLDÖNÜMÜ QEYD OLUNDU

Gözəl ana, vəfalı ömür-gün yoldaşı, intellektual keyfiyyətləri özündə birləşdirən ziyalı, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq alim. Zərifə xanım Əliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti ilə daha yaxından tanış olduqca, haqqında xatirələri oxuduqca yaddaşımızda Ulu Tanrının bu ən yüksək mənəvi xüsusiyyətləri bəxş etdiyi böyük insanın obrazı canlanır, gözlərimiz önündə onun portreti yaranır.
Aprelin 28-də XX əsr Azərbaycan tarixinin görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur. Bu münasibətlə məktəbimizin coğrafiya müəllimi Zümrüd Əliyeva 9b sinfində təşkilat saatını unudulmaz şəxsiyyət Zərifə Əliyevanın zəngin həyat yoluna həsr etmişdir.
Əvvəlcə şagirdlər görkəmli oftalmoloq Zərifə Əliyevanın həyatı barəsində videoçarx izlədilər. Daha sonra şagirdlər mövzuya uyğun şeirlər səsləndirdilər.
Sonda qeyd edildi ki, Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi