A.Şaiqin "Köç" hekayəsinin müzakirəsi keçirilmişdir

Bildiyimiz kimi "Ümumtəhsil məktəb şagirdlərinin mütaliə vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin formalaşdırılması ilə bağlı tədbirlər barədə" Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmrinə əsasən məktəbimizdə "Oxu günü" çərçivəsində bir sıra tədbirlər həyata keçirilmişdir.
Bu mənada bu gün məktəbin kitabxanasında məktəbin ədəbiyyat müəllimi Lalə Məlikova və kitabxanaçı Könül Muradova 5d sinifdə A.Şaiqin "Köç" əsərinin" müzakirəsini keçirmişlər. Şagirdlər əvvəlcə Azərbaycanın səfalı yaylaqları ilə tanış oldular və əsərin məzmunundan çıxış edərək əsərə münasibətlərini bildirmişlər. Sonda şagirdlər yüksək ustalığa malik qələm sahibinin fundamental əsərindən çox şey öyrəndiklərini dilə gətirdilər. Əsərin müzakirəsi maraqlı və yaddaqalan oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi