BİRİNCİ SİNİFDƏ RUS DİLİ FƏNNİNDƏN "AÇIQ DƏRS" KEÇİRİLDİ

Bu gün məktəbimizin 1ç sinfində Gülçöhrə İbrahimovanın Rus dili fənnindən "İlin fəsilləri" mövzusunda "Açıq dərsi" maraqlı və yaddaqalan oldu. Sinif mövzuya uyğun olaraq "Günəş", "Qar dənəciyi" və "Yarpaq tökümü" adlı qruplara ayrılmışdı. Müəllim Gülçöhrə İbrahimova müasir təlim metodlarından istifadə edərək mövzu ətrafında şagirdlərə məlumat verdi. Şagirdlər mövzuyla bağlı müzakirələr apararaq, təqdimatlar etdilər. Qiymətləndirmə meyarlara əsasən aparıldı. Dərsin gedişində İKT –dən istifadə olundu, şagirdlər qruplara bölünərək iş vərəqələri üzrə tapşırıqları yerinə yetirdilər. Fənn daxili və fənlərarası inteqrasiya yaradıldı. Dərsi dinləyən məktəb rəhbərliyi və fənn müəllimləri dərsi yüksək qiymətləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi