SƏKKİZİNCİ SİNİFLƏR ARASINDA "BREYN-RİNQ" YARIŞI KEÇİRİLDİ

Məktəbimizin fəaliyyət planına əsasən təhsilin keyfiyyətini yüksəltmək üçün müxtəlif tədbirlər həyata keçirilir. Şagirdlərin dərslərə olan marağının artırılması və rəqabət mühitinin yaradılması üçün müxtəlif siniflər arasında vaxtaşırı "Brein rinq" yarışları keçirilir. Bu qəbildən bu gün 8a və 8b sinifləri arasında "Breyn-rinq" yarışı keçirildi. Onlar kimya, Azərbaycan dili, tarix, coğrafiya, məntiq fənlərindən biliklərini sınadılar. 8-cilər "Zəka", "Qarabağ" olmaqla 2 qrupa ayrılmışdılar. Yarışın gərgin mübarizə şəraitində keçməsi yarışı daha da maraqlı etdi. Sonda gərgin mübarizədən 8a sinfi qalib çıxdı. Qalib sinfi təbrik edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi