ŞAGİRDLƏRİMİZ MƏKTƏBİN ƏRAZİSİNDƏ ABADLIQ İŞLƏRİ APARIR

Ekoloji təhsilin inkişafının möhkəmləndirilməsi, təbii ehtiyatların qənaətlə istifadəsi və ətraf mühitin mühafizəsi sahəsində məktəblilərdə xüsusi bilik və bacarıqların formalaşdırılması sahəsində məktəbimizdə xüsusi iş aparılır. 
Bu gün məktəbimizin şagirdləri məktəbyani sahədə təmizlik işləri apararaq, ağaclara su vermiş, güllər əkmişlər.
Eyni zamanda "Yaşıl şəbəkə ekoloji maarifləndirmə layihəsi" çərçivəsində şagirdləri məktəbyanı sahədə toxum əkməyə cəlb etmişik. Məktəbin becərilməyən münbit torpağında göy-göyərti və digər tərəvəz məhsulları əkməklə şagirdlər həm toxumların görünüşünü, tərəvəz məhsullarının növlərini becərməyi və onlara qulluğu öyrənəcəklər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi