Yenə də erməni fitnəkarlığı...

Müasir dövrümüzdə “Erməni soyqırımı” adı altında yalan və cəfəngiyat fikirlərə uyan dünya dövlətlərinin bəzisi bunu qəbul etmək istəyir. Bütün bu kimi yalan faktları nəzərə alaraq həqiqətin özünü açıqlamaq qərarına gəldik. Bunun üçün Osmanlı imperiyasının XIX əsr tarixində ermənilərin yaratdıqları terror təşkilatlarının yaranma tarixini izləyək. Türkiyə və Azərbaycan 100 ildən çoxdur ki, erməni terrorunun hədəfinə çevrilmiş, böyük bəlalarla, üzləşmişlər. Bütün bu cinayətlər dünya ictimaiyyəti qarşısında olmuş, bu müdhiş bəla ilə mübarizədə xalqlarımıza nəinki kömək etməmişlər, hətta müəyyən siyasi maraqlar naminə bir çox hallarda erməni terrorçularını dəstəklmişlər.
Erməni terrorizmi ən çox özünü terrorizmin separatçı tipində göstərir. Belə ki, hələ XVIII əsrdə I Pyotrun ( 1689-1725) çarlığı dövründən İstanbulu tutmağa və Aralıq dənizinə çıxmağa çalışan Rusiya impreiyası məqsədinə çatmaq üçün Şimali-Şərqi Anadoluda yaşayan ermənilərdən istifadə etmək qərarına gəlmişdir.
Ən başlıcası isə Rusiya höküməti bu dənizlərə çıxmaq üçün Osmanlı imperiyasının daxilindəki ermənilərdən “beşinci dəstə” kimi istifadə edirdi. Ermənilərin bu dırnaqarası xidmətlərinə görə ruslar onlara müəyyən vədlər də vermişdilər. Belə ki, 1768-1774 cü illər rus-türk mübarizəsi zamanı II Yekaterina ( 1762-1796) tərəfindən qızışdırılan ermənilər Rusiyanın himayəsi altında “Ararat krallığı” qurmaq xülyasına düşmüşdülər. İosif Arqudinski adlı bir erməni yepiskopu hətta bu “dövlətlə” bağlı bir layihə hazılayaraq Peterburq sarayına təqdim etmişdir, layihə həmin imperatiçə tərəfindən bəyənilmişdir.
Nəhayət, bununla da erməni şovinistlərinin “Böyük Ermənistan” xülyası yaranmış və sonradan Şərq məsələsinin tərkib hissəsi kimi ermənilərin qaldıqları “erməni məsələsi” nin əsası qoyulmuşdur.
Erməni məsələsi beynəlxalq diplomatiya məsələsi kimi, ilk dəfə 1877-1878-ci illər rus-türk müharibəsindən sonra San-Stefano və Berlin sülh müqavilələrində əks olunmuşdur. San-Stefano sülh nüqaviləsinin XVI maddəsinə görə Türkiyə ermənilərin yığıcam yaşadıqları vilayətlərdə islahatlar keçirməyi, onların həyat və əmlaklarının təhlükəsizliyini təmin etməyi öz üzərinə götürdü. Bu maddənin yerinə yetirilməsinə nəzarət Rusiyaya həvalə olunurdu. 1878-ci il 13 iyul Berlin Konqresində Türkiyə ermənilər üçün müstəqillik vermədiyini bildirirdi.
Beləliklə, öz istədiklərinə nail olmayan ermənilər Türkiyə və Azərbaycana qarşı soyqırım, zorakılıq, etnik təmizləmə və terrorizmdən istifadə etməyə başladılar. Erməni terrorizmi müxtəlif dövrlərə bölündüyünü nəzərə alaraq biz məqalədə erməni terror siyasətinin, erməni terrorizmininin 1860-1900-ci illər tarixinə diqqət yetiririk.
Ermənilərin ilk seperatçılıq hərəkatı 1860-cı ilə təsadüf edir. Bu tarixdən başlayaraq sosial məqsədlər adı altında qurulmağa başlayan erməni şovinist milli təşkilatları Avropa dövlətlərindən idarə edilir və ermənilərin yaşadıqları dövlətə qarşı üsyan edən komitələrin özəkləri yaradılırdı. Belə ki, 1880-ci ildə Ərzurumda “Silahlılar Cəmiyyəti”, “Milliyətpərvər Qadınlar Cəmiyyəti”, “Ermənistana Doğru Cəmiyyəti”, Tifsildə “Gənc Ermənistan cəmiyyəti”, 1882-ci ildə isə Van ərazisində “Qaraxaç Cəmyyəti” yaradıldı. Bu cəmiyyətlərin məqsədi ermənilərin hüquqlarını müdfiə etmək, üsyana hazırlıq işlərinin əsasını yaratmaq, gəncləri silahlandırmaq, ermənilər üçün islahatlar qəbul etdrimək, son nəticədə dövlərini formalaşdırmaq üçün ordu yaratmağa çalışmaq idi. Göründüyü kimi ilkin erməni terror təşkilatları sosial adlar altında yaranmışdır. Bütün bunlar erməni terrorizminin maskalanmasını açıq şəkildə göstərir. Bunları sübut edən aşağıdakı erməni terror təşkilatlarının fəaliyyətinə baxmağımız kifayətdir.
1885-ci ildə Fransanın Marsel şəhərində yaradılmış “Amerikan”lar Partiyasının “Ermənistanın azad edilməsi haqqında təlim” adlanan və sual-cavab formasında yarılmış proqramında deyilirdi:
Sual: “Ermənistanı yadellilərdən kim azad etməlidir”?
Cavab: “Erməni milləti özü”.
Sual: “Hansı vasitələrlə”?
Cavab: “Vasitələr müxtəlifir, şəraitindən asılı olraq, bəzən isə xaricilərin köməyi ilə”
Sual: “Azadlıq bayrağını və qılıncını kim qaldırmalıdır”?
Cavab: “Bayrağın erməni keşişi qaldırmalıdır, qılıncı isə - bütün erməni gəncləri, yeniyetmələr və 16 yaşından 45 yaşınadək kişilər”.
Digər fakt 1887-ci ildə Çenevrədə “”Qnçaq” (“Zəng”) partiyası yaradıldı, bu partiyanın lideri Nazarbekyan A.Plexanovun təsiri altında olmuşdur. “Qnçaq” partiyasının əsas etibarı ilə sosial-dekokratizm prinsiplərinə söykənən proqramında İran, Türkiyə və Rusiyada yaşayan ermənilərin milli müstəqilliyi təbliğ olunurdu. Partiyanın proqramının 4-cü bəndində göstərilir, qarşıya qoyulmuş məqsədə çatmaq üçün təbliğat, təşviqat, terrorizm və dağıdıcı təşkilat yaradılması metodu seçilməlidir. “Qnçaq” partiyası 1890-cı ildə parçalanmış və “Droşak” (“Bayrak”) qəzeti ətrafında toplaşıb eyni adlı cəmiyyəti yaratmışlar. 1893-cü ildə “Qnçaq” öz fəaliyyətini Londonda davam etdirir. 1895-ci ildə isə onun şöbələri artıq Aleksandopol, Gəncə, Çuça, Qars, Batumi, Axalsıx və Bakı çəhərlərində fəaliyyət göstərirdi. Birinci rus inqilabı dövründə Bakıda “Qnçaq”ın 3 şöbəsi “İnker”, “Bankor” və “murad” fəaliyyət göstərirdi. “Qnçaq” Türkiyədə 1894-cü ilin noyabr ayında Adana, Mraş, Kayseri, 1985-ci ilin oktyabr, 1896-cı ilinyanvar aylarında Zeytun şəhərlərində və baçqa yerlərdə kütləvi şəkildə terror aktları törətmişdir. Bütün bu qırğınlarda yüz minlərlə dinc əhali qırıldı, yaralandı və vətəndən didərgin düşdü.
Növbəti fakt: 1890-cı ildə Tiflis şəhərində üçüncü bir erməni partiyası yaradıldı. “Daşnaksütyun” adlanan bu partiya ilk dövrlərdə X.Mikaslyan, S.Zavaryan və başqalarının liderliyi ilə fəaliyyət göstərirdi. Əsas qayəsi Azərbaycanın Dağlıq Qarabağ, Naxçıvan və Türkiyənin Anadolu torpaqlarında “Böyük Ermənistan” dövləti qurmaq olmuşdur. Pariyanın birinci qurultayı isə 1892-ci ildə Cenevrədə çağırıldı. Qurultayda 32 nümayəndə iştirak edirdi. İlk proqramı da qurultay qəbul etdi. Silaha, terrora arxalanan qatı millətçi, qəddar şovinist, davakar və təcavüzkar partiyanın proramı da bu prinsipə əsaslanırdı. Dünya tarixində nizamnaməsində terrora, silahlı dəstələrin saxlanmasına ayrıca yer ayıran yeganə partiyadır. Daşnaksütyunun simasında ermənilərin ilk zorakılığı 1894-cü ildə İstanbulda Osmanlı bankının zəbt olunması oldu. Daha sonra 1905-ci ildə Daşnaksütyun terrorçuları türk sultanı II Əbdülhəmidin (1876-1909) kareatasına partlayıcı yerləşdirmişdilər. Lakin bu terror aktı baş tutmamışdı. Ulduz aktı adı verilən bu hadisə ilə də ermənilərin yeni terror siyasətinin əsası qoyulmuşdur.
1895-ci ilin iyun ayında ABŞ-ın Nyu-York şəhərində növbəti terror təşkilatı – “Erməni vətənpərvər ittifaqı” yaradılmış, məqsəd nəyin bahasına olursa-olsun, “Böyük Ermənistan” haqqında mifik ideyanı həyata keçirmək olmuşdu. Maraqlıdır ki, təşkilat terror aktlarından və digər hədə - qorxu üsullarında savayı, müxtəlif ölkələrin diplomatik xidmətlərində satqınçılıq, və lobbi şəbəkəsinin yaradılmasını nəzərdə tuturdu. Avropa dövlətləri və Rusiya bu təşkilatın fəaliyyətini “Qnçaq” təşkilatının qanlı cinayətləri ilə əlaqələndirirdilər.
Beləliklə, faktlar göstərir ki, 1860-cı ildən 1900-cü ilə qədər ermənilər türklərə qarşı terror, soyqırımı siyasəti yeritmişlər. Çox təssüflər olsun ki, ermənilər bu cür cinayətlətini bilən Fransa kimi dövlətlər XXI əsrdə də onları himayə edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi