31 MART AZƏRBAYCANLILARIN SOYQIRIMI GÜNÜNƏ HƏSR OLUNMUŞ “DƏYİRMİ MASA ” TƏŞKİL OLUNDU

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təsdiq etdiyi tədbirlər planına əsasən təhsil müəssisələrində 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar silsilə tədbirlər keçirilməsi nəzərdə tutulmuşdur.
Belə ki, təhsil müəssisələrində 31 mart soyqırımına həsr olunan konfranslar, mühazirə və “Dəyirmi masa”lar, ədəbi-bədii kompozisiyalar, vətənpərvərlik mövzusunda bədii qiraət gecələri təşkil olunacaq.
Bu məqsədlə bu gün 11-siniflərlə tarix dərsində 31 Mart Soyqırım Gününə həsr olunmuş “Dəyirmi masa” təşkil olundu. “Dəyirmi masa”da əvvəlcə şagirdlər həmin tarixi günü özündə əks etdirən videoroliki izlədilər. Daha sonra tarix müəllimi Elzamin Həsənovun sualları ətrafında şagirdlər müzakirə apardılar və onlar belə bir nəticəyə gəldilər ki, bu cür tarixi günlər daim xatırlanmalı və gələcək nəsillərə çatdırılmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi