"HAZIRCAVABLAR " VERİLİŞİNİN QALİBLƏRİ İLƏ GÖRÜŞ KEÇİRİLMİŞDİR

Bildiyiniz kimi məktəbimizin VI a sinfinin şagirdləri Elmira, Könül, Əlidən ibarət "Hazırcavablar" komandası, Bakı Şəhər üzrə Təhsil İdarəsinin və AZTV-nin birgə layihəsi olan "Hazırcavablar" verilişinin qalibi olmuşlar. Xatırladaq ki, onlar ilk mərhələdə 147 nömrəli Texniki Humanitar Liseydən üstün olaraq final mərhələsinə yüksəlmişlər. Final mərhələsində 236 nömrəli məktəbi məğlub edərək yarışın qalibi olmuşlar.
Bu gün məktəbimizin direktoru Təhmasib Məmiyev 6a sinfinin şagirdləri ilə görüş keçirmiş, qalibləri təbrik edərək onları diplom və hədiyyələrlə mükafatlandırmışdır. O, Şagirdlərin hər birinə bundan da yüksək nailiyyətlər arzulamışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi