"NOVRUZ GƏLİR, YAZ GƏLİR" ADLI BAYRAM ŞƏNLİYİ KEÇİRİLMİŞDİR

Martın 19-da 230 nömrəli tam orta məktəbdə “Novruz gəlir, yaz gəlir” adlı bayram şənliyi keçirilmişdir. 
Məktəbin bayramsayağı bəzədilmiş akt zalında keçirilən tədbirin iştirakçılarını təbrik edən təhsil müəssisəsinin direktoru Təhmasib Məmiyev Novruzun mənşəyi, tarixi kökləri haqqında danışmışdır. Demişdir ki, təbiətin oyanmasının müjdəçisi olan Novruz əsl dünyəvi bayramdır. Novruz bayramının yazın gəlişi ilə əlaqədar keçirilən kütləvi xalq bayramı olduğunu vurğulayan Təhmasib müəllim bildirmişdir ki, Novruz YUNESKO-nun qeyri-maddi mədəni irs siyahısına salınmış və BMT Baş Məclisinin 64-cü sessiyasının iclasında martın 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir.
Tədbirin davamında məktəbin oğlan və qızlarından ibarət rəqs qrupunun çıxışları maraqla qarşılanmışdır. Novruzun məzəli personajları Kosa və Keçəl bayram şənliyinə yeni ahəng gətirmişdir.
Tədbir bütün iştirakçıların əl-ələ verərək yallı getməsi ilə başa çatmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi