MƏKTƏBİN HƏYƏTYANI SAHƏSİNDƏ ABADLIQ İŞLƏRİ APARILIR

   Yurdumuza Bahar gəlir. Elimiz baharın gəlişini isə xüsusi adət-ənənəyə malik bir bayramla, "Novruz bayramı" ilə qeyd edir. “Novruz”, “yeni gün” deməkdir. Bu bayramda torpağa yeni nəfəs gəlir, təbiət canlanır. Novruzda həyət-baca təmizlənir, bağda-bağcada ağaclara qulluq edilir, yer bellənir və səliqə-sahman yaradılır. 
Yazın gəlişi münasibəti ilə bu gün məktəbimizin həyətyanı sahəsində şagirdlər və texniki işçilər tərəfindən abadlıq işləri aparılmış, torpaq bellənmiş, ağaclara qulluq edilmişdir. Məktəbin geniş və məhsuldar torpaq sahəsinin olduğunu nəzərə alan məktəb rəhbərliyi boş qalmış torpaq sahələrində bu ildən etibarən kənd təssərrüfatı məhsulları əkib-becərməyi nəzərdə tutur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi