Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş tədbir keçirildi

23.XII.2015 Ədəbiyyat tariximizə adı qızıl hərflərlə yazılan xalq şairi, tanınmış dramaturq, ədəbiyyatşünas və ictimai xadim, SSRİ-nin və Azərbaycan Respublikasının dövlət mükafatları laureatı, Bəxtiyar Vahabzadənin anadan olmasının 90 illik yubileyinin qeyd olunması haqda Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 14 yanvar 2015-ci il tarixli sərəncamının icrası məqsədi ilə bu gün Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə şairin həyat və yaradıcılığına həsr olunmuş "Bəxtiyar ömrü" adlı tədbir keçirildi. Məktəbimizin ədəbiyyat kafedrası rəhbəri Gülnar Rəhimlinin təşkil etdiyi tədbirdə şagirdlərimiz ölməz şairimizin yaradıcılığından şeirlər səsləndirdilər.Tədbirin sonunda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov Bəxtiyar Vahabzadəni ədəbiyyatımızın görkəmli nümayəndəsi olmaqla yanaşı tarixi bir şəxsiyyət kimi də Azərbaycan tarixində yer aldığını diqqətə çatdırdı. O, şairin azadlıq mübarizəsində həmişə ön sıralarda olduğunu, xalqın oyanışa müstəqilliyə aparan yoluna işıq tutan fədakar və vətənpərvər şəxsiyyət olduğunu vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi