"ƏN YAXŞI MƏKTƏB SAYTI" MÜSABİQƏSİNDƏ MƏKTƏBİMİZ XƏZƏR RAYONU ÜZRƏ 1-Cİ YERƏ LAYİQ GÖRÜLDÜ

   Bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsində paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib. 
   Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 7 oktyabr 2017-ci il tarixli 170 nömrəli əmri ilə təsdiq edilmiş paytaxt məktəbləri arasında təşkil edilən “Ən yaxşı məktəb saytı” müsabiqəsində Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbin saytı Xəzər rayonu məktəbləri arasında 1-ci yerə layiq görüldü.
Tədbirdə BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva, İdarənin struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və saytın idarə edilməsində məsul olan şəxslər iştirak edib.
   Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva müsabiqə qaliblərini təbrik edib və bu müsabiqənin keçirilməsinin əhəmiyyətindən danışıb.
   M.Vəliyeva ən yaxşı məktəb saytlarının seçimində ümumi təhsil müəssisələrinin fəaliyyətinin geniş ictimaiyyətə operativ şəkildə çatdırılması, təhsil müəssisələrinin əldə olunan uğurları və qarşıda duran vəzifələri haqqında əhatəli informasiyaların verilməsi, saytlarda xəbərlərin mütəmadi yerləşdirilməsi və yenilənməsi, yerləşdirilən xəbərlərin məzmun səlisliyi və dolğunluğu kimi meyarların əsas tutulduğunu bildirib. 
   Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi