"1 mart - Ümumdünya Mülki Müdafiə Günü" qeyd olundu

    1 Mart tarixi bütün dünyada olduğu kimi, Azərbaycanda da Mülki Müdafiə Günü kimi qeyd olunur. 
   "1 mart - Ümumdünya Mülki Müdafiə Günü" ilə bağlı Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə məktəblilərin iştirakı ilə maarifləndirmə xarakterli tədbir keçirilib. 
   Tədbirdə şagirdlər tərəfindən şərti olaraq zəlzələ baş vermiş ərazidən yaralılar təxliyə ediliblər. Şagirdlər əleyhqazdan və digər bu kimi geyimlərdən istifadə etməyin vacibliyindən danışıblar.
   Xatırladaq ki, hər il Mülki Müdafiə Günü bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd olunur. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Azərbaycanda Fövqəladə Hallar Nazirliyi əhalinin, ərazilərin təbii və texniki qəzalardan, partlayış və yanğınlardan mülki müdafiəsini, yanğın təhlükəsizliyinin mühafizəsini təşkil edir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi