Altıncı siniflər arasında "Breyn rinq" yarışı keçirilmişdir

   Fəaliyyət planına əsasən bu gün 6-cı siniflər arasında "Breyn rinq" yarışı keçirilmişdir. Siniflər müvafiq olaraq "Zəka", "Muğan", "Qafqaz", "Qarabağ" komandalarına bölünmüşdü. Onlar Azərbaycan dili, tarix, coğrafiya, məntiq fənlərindən biliklərini sınadılar. Yarışın gərgin mübarizə şəraitində keçməsi yarışı daha da maraqlı etdi. "Breyn rinq"in qalibi fəallığı ilə seçilən 6a sinif şagirdləri olmuşdur. 
   Yarışın keçirilməsində məqsəd şagirdlərin dərslərə olan marağının artırılması və rəqabət mühitinin yaradılmasıdır. Bu cür məktəbdaxili fənn müsabiqələri vaxtaşırı təşkil olunur və şagirdlərin böyük diqqət və marağına səbəb olur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi