General Səməd bəy Mehmandarovun 160 illik yubileyi keçirildi

16.XII.2015 Azərbaycan Respublikası Təhsil Nazirliyinin “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında” 20.10.2015-ci il tarixli, 1012 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə bu gün Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə dəyirmi masa təşkil olundu.Dəyirmi masada məktəb rəhbərliyi, yuxarı sinif şagirdləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Xəzər Rayon Dövlət İdarəsinin Çağırış şöbəsinin zabiti Əkbər Bədəlov da iştirak edirdi.Tədbir dövlət himninin səslənməsi ilə başladı.Sonra General Səməd bəy Mehmandarovun həyatı haqqında videoçarx izlənildi.Daha sonra şagirdlərimiz Generalın həyat və fəaliyyətini özündə əks etdirən məruzə ilə çıxış etdilər.Ardınca məktəbimizin hərbi rəhbəri Alim Mirxasov General Səməd bəy Mehmandarovun hərb tariximizdəki rolundan bəhs etdi. Tədbirin yekununda çıxış edən hörmətli qonağımız Əkbər Bədəlov Generalın şərəfli ömür yoluna nəzər saldı və bu kimi tədbirlərin ümumtəhsil məktəblərində keçirilməsinin şagirdlərin vətənpərvər bir şəxsiyyət kimi yetişməsində böyük rolu olduğunu vurğuladı. Sonda o, Azərbaycan Respublikası Təhsil Nazirliyinin “General Səməd bəy Mehmandarovun 160 illik yubileyinin keçirilməsi haqqında" əmrinin mütərəqqi bir addım olduğunu söylədi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi