Doqquzuncu siniflərdə Azərbaycan dili və riyaziyyat fənlərinin monitorinqi aparıldı

   28 fevral tarixində 9-cu siniflərdə məktəb rəhbərliyinin təşkili və birbaşa nəzarəti ilə Azərbaycan dili və riyaziyyat fənlərinin monitorinqi aparıldı. 
   Ümumilikdə tədris ili başlayandan bu günə qədər məktəbin Fəaliyyət Planına əsasən 9-cu siniflərdə buraxılış imtahanlarına hazırlıq və tədrisin keyfiyyətinin öyrənilməsi məqsədilə Azərbaycan dili və riyaziyyat fənləri üzrə monitorinqlər keçirilir, keçirilən monitorinqlərin nəticəsi məktəb rəhbərliyi, fənn müəllimlərinin iştirakı ilə diaqramlar üzərində analiz edilir, nəticələri valideynlər və şagirdlərin diqqətinə çatdırmaq üçün ictimai lövhəyə vurulur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi