Xocalı soyqırımının iyirmi altıncı ildönümü qeyd olundu

   Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə” 7 fevral tarixli müvafiq əmri ilə təsdiqlənmiş “Xocalı soyqırımının iyirmi altıncı ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na əsasən Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə “Xocalıya gedən yol” mövzusunda mühazirə, toplantı, “dəyirmi masa”, xüsusi dərs, məşğələ və konfranslar təşkil edilmişdir.  Bu mövzuda bu gün məktəbin akt zalında yekun tədbir təşkil olundu. 
   Tədbir dövlət himninin səslənməsi ilə açıq elan olundu və Xocalı şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə davam etdi. Sonra həmin faciəli günü özündə əks etdirən videoçarxlar nümayiş olundu. Ardınca şagirdlər Xocalı dəhşətlərinə həsr olunmuş şeirlər səsləndirdilər. Həmçinin, "Ana və körpəsi" adlı səhnəcik göstərildi. Daha sonra şagirdlər bu tarixi faciəni unutmayacaqlarını və gələcək nəsillərə çatdıracaqlarına söz verdilər. Eyni zamanda bugünkü Azərbaycan ordusunun gücünə bələd olduqlarını və tezliklə qisasın alınacağına inandıqlarını vurğuladılar. Buna nümunə olaraq Aprel döyüşlərini misal göstərdilər və işğal olunmuş torpaqlara tezliklə böyük dönüşün reallaşacağını bildirdilər.
   Sonda çıxış edən məktəbimizin direktoru Təhmasib Məmiyev bildirdi ki, Xocalıda baş verənlər ermənilərin iç üzünü bir daha bütün dünyaya nümayiş etdirdi. Əsrlər boyu ərazi iddiaları ilə azərbaycanlıların başına olmazın bəlalarını gətirən mənfur düşmənlərimiz bu gün də öz məkirli siyasətlərindən əl çəkmirlər. Təhmasib Məmiyev məhz buna görə də şagirdləri Xocalıda və digər torpaqlarımızda soydaşlarımızın başına gətirilən dəhşətləri heç vaxt unutmamağa səslədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi