Fənn olimpiadalarında uğur qazanmış şagirdlərlə görüş keçirilmişdir

   Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında Respublika fənn olimpiadalarının birinci–rayon (şəhər) mərhələsi keçirilib. 
   Bu olimpiadada məktəbimizin bir qrup şagirdi də iştirak etmişdir.
   Qeyd edək ki, Respublika fənn olimpiadaları Azərbaycan dili və ədəbiyyatı, riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya və tarix olmaqla 8 fənn üzrə IX, X və XI sinif şagirdlərin iştirakı ilə keçirilib.
   Olimpiadanın rayon (şəhər) mərhələsində şagirdlərə fənlər üzrə qapalı test formatında 25 sual təqdim edilib. Olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
   Bu gün bu mərhələdə uğur qazanmış bir qrup şagirdimizlə məktəb rəhbərliyi görüş keçirmiş və onların təəssüratları ilə maraqlanmışdır. Görüşdə məktəbimizin direktoru Təhmasib Məmiyev onlara növbəti turda uğurlar arzu etmiş və onları fəxri fərmanlarla mükafatlandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi