"Gənclər günü" münasibəti ilə fəal şagirdlər mükafatlandırıldı

   Bu gün 2 Fevral Gənclər günü münasibəti ilə məktəbimizin müxtəlif müsabiqələrdə fəal iştirak edən və yüksək nəticələr əldə edən yuxarı sinif şagirdləri ilə görüş keçirildi. Əvvəlcə Olimpiadada yaxşı nəticə əldə edən, "Ədəbiyyat biliciləri" müsabiqəsində fərqlənən, “Ekoloji təmiz məhsul və aqrobiomüxtəliflik” mövzusunda məktəblilərin II Respublika müsabiqəsində 3-cülük qazanmış şagirdlər məktəb rəhbərliyi tərəfindən təşəkkürnamə və diplomlarla mükafatlandırıldı. 
   Sonda şagirdləri təbrik edən məktəbimizin təlim-tərbiyə işləri üzrə direktor müavini Tural Hətəmov qeyd etdi ki, Ölkəmizdə gənclər siyasətinin əsasını ümummilli lider Heydər Əliyev qoyub. Ulu öndər gənclərin imkan və bacarıqlarını yüksək qiymətləndirir, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verirdi, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirirdi. Gənclər, İdman və Turizm Nazirliyinin yaradılması, müstəqil Azərbaycan gənclərinin ilk ümumrespublika forumunun keçirilməsi, 2 fevralın Azərbaycan gəncləri günü elan edilməsi, 5 dövlət proqramının qəbulu, "Dövlət gənclər siyasəti haqqında" fərman və geniş fəaliyyət proqramının təsdiq edilməsi Heydər Əliyevin gənclərə böyük qayğısı idi. Bu, gənclərin respublikanın ictimai-siyasi həyatında daha fəal iştirakına şərait yaradır, habelə dövlət orqanlarının diqqətini gəncliyin problemlərinin həllinə yönəldirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi