Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 110 illiyi qeyd olundu

   25 yanvar 2018-ci il tarixində məktəbimizin müəllimi Ellada Əhmədovanın təşkilatçılığı, məktəbin 10-11 sinif şagirdlərinin iştirakı ilə dahi bəstəkarımız Üzeyir Hacıbəyovun "Leyli və Məcnun" operasının 110 illiyi qeyd olundu.

   Şagirdlər əvvəlcə operadan fraqmentlər izlədilər. Daha sonra müəllimimiz operanın yaranma tarixi haqqında məlumat verdi. Ellada Əhmədova qeyd etdi ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyovun ilk operası olan «Leyli və Məcnun» 1908-ci ildə yaranmışdır. Bu, həm Azərbaycanda, həm də bütün Şərqdə ilk opera idi. Bununla Ü.Hacıbəyov XX əsrin əvvəllərində Azərbaycanda pəşəkar bəstəkarlıq sənətinin təməl daşını qoydu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi