İlk peşə ixtisas seçimi mövzusunda şagirdlərlə disput keçirilmişdir

   İnsan müəyyən seçimlər qarşısında qaldıqda düzgün qərar qəbul edə bilməsi onun ən üstün keyfiyyətlərindəndir. Bu seçimlər içərisində peşə, ixtisas seçimi həyat üçün ən zəruri seçimlərdən biridir. Lakin insan hər zaman bu seçimi istədiyi kimi edə bilmir. Bunun əsas səbəblərindən biri peşə seçiminin elmi əsasları haqqında onun müəyyən biliyə, məlumata malik olmamasıdır. 
   Bu gün məktəbimizin rus dili və ədəbiyyatı müəllimi Sevil Həsənova ilk peşə ixtisas seçimi mövzusunda şagirdlərlə disput təşkil etmişdir.
   Disputun gedişində belə bir fikrin üzərində dayanılmışdır ki, seçilən ixtisas və peşə hər bir şəxsin istək və arzusuna, cəmiyyətin sosial – iqtisadi tələbinə müvafiq olmaqla bərabər, seçim edənin də gələcək həyatını təmin edəcək səviyyədə olmalıdır. Bu baxımdan peşə seçərkən məktəblilərin aşağıdakı tələbləri nəzərə almalarını məsləhət bilinir:
- Seçilən peşə nüfuzlu olmalıdır.
- Əməkhaqqı münasib olmalıdır.
- Peşə maraqlı olmalı, sahibini özünə cəlb etməlidir.
- Əmək şəraiti yaxşı olmalıdır.
- Seçim bazarın tələblərinə uyğun olmalıdır.
- Seçim gələcək karyera üçün təminatlı olmalıdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi