Qara Qarayevin "Yeddi gözəl" baleti haqqında söhbət aparılmışdır

  Bu gün məktəbimizin Musiqi müəllimi Validə Cavadova 7d sinfində Qara Qarayevin "Yeddi gözəl" baleti haqqında söhbət aparmışdır. Əvvəlcə "Yeddi gözəl" baletindən fraqmentlər nümayiş olunmuşdur. Daha sonra Qara Qarayevin "Yeddi gözəl" baleti haqqında məlumat verən Validə Cavadova bildirmişdir ki, "Yeddi Gözəl" - Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmişdir. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi