Məktəbimizin 7-ci siniflərdən ibarət futbol komandası 3-cü yer qazandı

   Ölkəmizdə uşaq futbolunun inkişafı, futbolun kütləviliyinin təmin olunması məqsədilə AFFA və “Coca-Cola” şirkəti tərəfindən orta məktəblərin 7 və 9-cu sinif şagirdləri arasında “Coca-Cola Məktəbli kuboku” layihəsinin 2017-2018-ci il mövsümü keçirilir. Bu layihə respublikamızın bütün orta təhsil müəssisələrini və rayonlarını əhatə edir. 
   18 yanvar 2018-ci il tarixdə 5 saylı Bakı Peşə Məktəbinin idman bazasında AFFA, Xəzər rayon İcra Hakimiyyəti və Xəzər rayon Gənclər və İdman idarəsinin təşkilatçılğı ilə Coca Cola - məktəbli kubokunun rayon Final mərhələsi(Şüvəlan-Mərdəkan zonasından 230 saylı tam orta məktəb , Buzovna zonasından 26 saylı tam orta məktəb,Binə zonasından 149 saylı tam orta məktəb,Zirə zonasından 241 saylı tam orta məktəb ) keçirilmişdir. Gərgin mübarizə şəraitində keçən yarışda məktəbimizin komandası əksər komandalara qalib gəlsə də yarışın reqlamentinə əsasən finala yüksələ bilməmiş və 3-cülüklə kifayətlənməli olmuşdur. Final mərhələsində 149 və 26 nömrəli məktəblər üz-üzə gəlmişlər. I yeri - 26 saylı tam orta məktəb tutmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi