İlk dərslər "20 Yanvar tariximizin qan yaddaşıdır" mövzusunda keçirildi

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 17 yanvar 2018-ci il tarixli F22 nömrəli əmrinə əsasən "20 Yanvar faciəsi"nin İyirmi səkkizinci ildönümünün qeyd edilməsi ilə əlaqədar Tədbirlər Planına uyğun olaraq bu gün məktəbimizdə ilk dərslər "20 Yanvar tariximizin qan yaddaşıdır" mövzusunda keçirildi. 
  Divar qəzetləri bu tarixi günə həsr olundu. Eyni zamanda “Milli qəhrəmanlarımız and yerimizdir” mövzusunda rəsm müsabiqəsi keçirildi. Məktəbimizin adını daşıdığı 20 Yanvar şəhidi Fuad Fərhadoğlunun büstü önünə tər qərənfillər düzüldü. Məktəbin foyesində bu günü özündə əks etdirən xüsusi guşə yaradıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi