Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunmuş məktəb iməcliyi keçilildi

12.XII.2015 Bu gün Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə Ümummili Lider Heydər Əliyevin anım gününə həsr olunmuş məktəb iməcliyi keçirilmişdir.İməclikdə məktəb rəhbərliyi, pedaqoji kollektiv və 7-11-ci sinif şagirdləri iştirak edirdi.Əvvəlcə Ümummili Lider heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra məktəbimizin direktoru Elşən Qafarov Ulu Öndər Heydər Əliyevin əməyə verdiyi qiymətdən bəhs etdi və bu iməcliyin Dahi Liderin əziz xatirəsinə həsr olunuğunu şagirdlərin diqqətinə çatdırdı. Daha sonra siniflər arasında iş bölgüsü aparıldı. İməclikdə məktəb həyəti abadlaşdırıldı, ağaclara qulluq edildi və 100 həmşəyaşıl ağac, 50 qızılgül kolu əkildi. Hər kəs iməclikdə böyük həvəslə iştirak etdi. Sonda məktəbimizin direktoru Elşən Qafarov iməclikdə iştirak edən şagirdlərə və müəllimlərə göstərdikləri fəallığa görə təşəkkür etdi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi