Ümummilli Lider Heydər Əliyevin anım günü qeyd olundu

Dekabrın 12-si xalqımızın Ümummilli Lideri, çoxəsrlik Azərbaycan tarixində misilsiz xidmətləri ilə əbədiyaşar mövqe qazanmış Ulu Öndər Heydər Əliyevin anım günüdür.Dünya tarixi sübut etmişdir ki, şəxsiyyətlərin gücü, ağlı, cəsarəti, siyasi iradəsi və müdrikliyi mənsub olduğu xalqın, onun yaratdığı dövlətin həyatında əvəzedilməz rola malikdir. Bu şəxsiyyətlər arasında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin özünəməxsus yeri vardır.Bu dahi insan Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalmışdır. Xalqımızın tarixi taleyində, mənəvi, siyasi və ictimai həyatında, dövlət quruculuğunda onun qədər misilsiz xidmətlər göstərən ikinci dövlət adamı tapmaq mümkün deyildir. Bu mənada o, xalqımızın milli iftixarı, ürəklərimizdə özünə yer tapan milli liderimiz, güvənc yerimiz, qürur duyduğumuz və arxa bildiyimiz böyük Azərbaycanlı idi.Bu gün Ümummilli Lider Heydər Əliyevin anım günü münasibəti ilə Fuad Fərhadoğlu adına 230 №-li tam orta məktəbdə tədbir keçirildi.Tədbirdə şagirdlərimiz Ümummilli Lider Heydər Əliyevin keçdiyi şərəfli ömür yolununa nəzər saldılar və Ulu Öndər Heydər Əliyevə həsr olunmuş musiqi və şeirlər səsləndilər.Sonda çıxış edən məktəbimizin direktoru Elşən Qafarov Ulu Öndər Heydər Əliyevin Dünya tarixində özünəməxsus yer tutan bir dövlət xadimi, dahi şəxsiyyət olduğunu nəzərə çatdırdı. O, məhz Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri və gərgin əməyi nəticəsində Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlandığını və müasir, inkişaf etmiş bir dövlətə çevrildiyini vurğuladı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi