Böyük summativ qiymətləndirmələrin aparılması davam edir

  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil məktəblərində 15 yanvar tarixindən etibarən 2017-2018-ci tədris ilinin I yarımili üzrə Böyük summativ qiymətləndirmələrin aparılmasına başlanılıb.
  Bu gün 230 nömrəli məktəbin ibtidai siniflərində və 7-ci siniflərdə Böyük summativ qiymətləndirmələr aparılmışdır. Böyük summativ qiymətləndirmənin keçirilməsində əsas məqsəd müvafiq məzmun və dəyərləndirmə standartları əsasında hazırlanmış vasitələrlə şagirdlərin nailiyyətlərini üzə çıxarmaq, bilik və bacarıqlarını yoxlamaqdan ibarətdir.
  Qeyd edək ki, Böyük summativ qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən yaradılan müvafiq nəzarət və yoxlama komissiyasının nəzarəti ilə aparılır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi