1-10-cu siniflərdə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanıldı

     Məktəbin fəaliyyət planına uyğun olaraq 15-24 yanvar tarixlərində 1-10-cu siniflər üzrə Böyük Summativ Qiymətləndirmələrin keçirilməsinə başlanılmışdır. 

     Summativ qiymətləndirmələrin tam şəffaf keçirilməsi üçün Nəzarət və Yoxlama komissiyası yaradıldı. Komisiyya qeyri-ixtisas müəllimlərindən təşkil olunmuşdur. Həmçinin şəffaflığın təminatı üçün məktəb rəhbərliyi tərəfindən siniflərdə istənilən valideynin imtahanın gedişini izləməsinə şərait yaradılmışdır.

     Köçürmələrin qarşısının alınması üçün şagirdlərin siniflərdə yerləşdirilməsi xüsusi kompüter proqramı vasitəsi ilə aparılmış və şagirdlər partalarda tək-tək əyləşdirilmişdir. Summativ qiymətləndirmələr Yoxlama komissiyası tərəfindən yoxlanılır və nəticələr tezliklə elan olunacaqdır.

     

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi