Məktəbimizdə "Sağlamlığımızı necə qorumalıyıq" mövzusunda tədbirlər həyata keçirilir

     Şagirdin mənimsəmə qabiliyyəti onun səhhətinin vəziyyəti ilə sıx əlaqəlidir. Bu mənada 230 nömrəli məktəb mütəmadi olaraq şagirdlərin tibbi yoxlanışını həyata keçirməklə onların daima gümrah olması və yarana biləcək xəstəliklərin qarşısının alınmasını təmin edir.

     Məktəbin tibb xidməti “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və məktəbin nizamnaməsinin tələblərinə uyğun olaraq tibb və sanitar-gigiyena xidmətləri ilə daim şagirdlərin qayğısına qalır. Mütəmadi olaraq şagirdlərlə sanitar-gigyena qaydaları haqqında söhbətlər aparılır və "Sağlamlığımızı necə qorumalıyıq" mövzusunda tədbirlər həyata keçirilir. 

     Bu gün şagirdləri sanitar-gigyena qaydaları haqqında ətraflı məlumatlandırmaq üçün məktəbin akt zalında məktəbin həkimi İlahə Sadıqova şagirdlərlə görüş keçirdi. Mövzu ətrafında şagirdlərə geniş məlumat verildi və sonda şagirdlərin sualları cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi