Cəmşid Naxçıvanskinin 120 illik yubileyi qeyd olundu

09.XII.2015 Bu gün məktəbimizdə görkəmli Azərbaycan generalı, hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.Tədbir Hərbi otağında və yuxarı sinif şagirdlərinin iştirakı ilə keçirilirdi. Tədbir Dövlət himninin ifası ilə başladı.Sonra Cəmşid Naxçıvanskiyə həsr olumuş sənədli filmdən parçalar nümayiş olundu. Tədbirin davamında məktəbimizin Hərbi rəhbəri Alim Mirxasov çıxış edərək Cəmşid Naxçıvanskinin Azərbaycanın hərb tarixindəki əvəzsiz xidmətlərindən bəhs etdi. O, Generalın keçdiyi yolun hər bir Azərbaycan gənci üçün nümünə olduğunu söylədi. Sonda şagirdlərimiz Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətini özündə əks etdirən məruzə ilə çıxış etdilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi