Məktəbin ictimai həyatında xüsusi fəallıq göstərən şagirdlərlə görüş keçirildi

     Bu gün məktəbimizin direktoru Təhmasib Məmiyev məktəbin ictimai həyatında xüsusi fəallıq göstərən- idmançılar, inşa və rəsm müsabiqəsinin qalibləri, şeir müsabiqəsinin qalibləri, məktəb tədbirlərində xüsusi fəallıq göstərən şagirdlər, ən yaxşı əl işi müsabiqəsinin qalibləri, "Ədəbiyyat biliciləri" müsabiqəsində qalib olan və "Qiraətçi" verilişində iştirak edən şagirdlərlə görüş keçirdi. Əvvəlcə göstərdikləri fəallığa görə onlara məktəb rəhbərliyi xüsusi təşəkkür ünvanladı və onları diplom və təşəkkürnamələrlə mükafatlandırdı. Sonda məktəb rəhbərliyi bundan sonra da məktəbin ictimai həyatında daha da fəal iştirak etməyin vacibliyindən bəhs etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi