"Daimi və mövsümi küləklər" mövzusunda "Açıq dərs" keçirildi

   Bu gün məktəbimizin Coğrafiya müəllimi Ellada Əhmədova 8c sinfində "Daimi və mövsümi küləklər" mövzusunda "Açıq dərs" keçdi. Müəllimin keçdiyi "Açıq dərs" müasir təlim metodları əsasında qurulmuş və kurikulumun tələblərinə cavab verirdi. Sinif mövzuya uyğun olaraq "Tayfun", "Bora-bora", "Tornado", "Ağ yel" qruplarına bölünmüşdü. Qruplar arasında əməkdaşlıq və rəqabət yüksək səviyyədə idi. Qrupların hazırladığı təqdimatlar onların mövzunu nə qədər yaxşı mənimsədiklərini sübut edirdi.

   "Açıq dərs" dərsi dinləyən məktəb rəhbərliyi və müəllimlər tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi