"Vulkan və qeyzerlər" mövzusunda "Açıq dərs" keçirildi

   Məktəbimizin coğrafiya müəllimi Zümrüd Əliyeva 6a sinfində "Vulkan və qeyzerlər" mövzusunda "Açıq dərs" keçirdi. Dərsin məqsədi vulkan elementlərini sadalamaq,vulkan quruluşu sxemini çəkmək,qeyzer haqqında və onların təsərrüfat fəaliyyəti barədə məlumat vermək idi. Əvvəlcə vulkanların püskürməsi haqqında videoçarx nümayiş etdirildi. Sonra şagirdlərə vulkanların əmələ gəlməsi və yaratdığı proseslər haqqında suallar verildi. Şagirdlərə məlumat verdikdən sonra vulkanlar və onların yaranması haqqında izahat verildi. Vulkanın püskürməsi praktiki təcrübə ilə göstərildi. Sonra vulkan püskürməsinin yaratdığı ekoloji problemlər haqqında şagirdlərə geniş məlumat verildi. Dərsi müşahidə edən müəllimlər və məktəb rəhbərliyi dərsi yüksək qiymətləndirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi