"Mənəviyyatca zənginlik nə deməkdir?" mövzusunda disput və inşa yazı aparılmışdır

   Mənəviyyat dedikdə insanın və cəmiyyətin mənəvi dəyərləri və ənənələri, dini baxışları, vətənpərvərliyi və qeyri-maddi mədəniyyətə münasibəti başa düşülür. Mənəviyyat insanın daxili dünyası ilə cəmiyyət, təbiətlə bağlı  münasibətlər toplusudur. Mənəviyyat dedikdə din, incəsənət  ,əxlaq etika, estetika, və s. başa düşülur. Mövcud cəmiyyət mənəviyyatın ailə, din, vətənpərvərlik vasitəsi ilə əldə edildiyini qeyd edir. Bu səbəbdən məktəbimizdə şagird mənəviyyatının zənginləşdirilməsinə xüsusi fikir verilir. Belə ki, bu gün müəllimimiz Səlmi İsayeva şagirdlərdə "Mənəviyyatca zənginlik nə deməkdir?" mövzusunda disput və inşa yazı aparmışdır. Məqsəd şagirdlərin mövzuyla bağlı fikir və düşüncələrini öyrənmək, onları mənəviyyatca zəngin bir şəxsiyyət kimi yetişdirməkdən ibarətdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi