Məktəbimiz “Məktəblərin Yaşıl Şəbəkəsi” müsabiqəsində iştirak edir

    Müasir dövrdə ətraf mühitdə ekoloji problemlərin artması, qlobal ekosistemə antropogen təsirin güclənməsi səbəbi ilə insanların təbii ehtiyatlardan istifadəyə münasibətinin dəyişdirilməsi və ekoloji etik qaydaların müasir prinsiplərinə əməl etməsi tələb olunur. Təbii ehtiyatların qənaətcil istifadəsinə, tullantıların təkrar emalına və kompleks şəkildə ekoloji vəziyyətin öyrənilməsinə dair müasir təhsil proqramları vasitəsilə təhsil müəsisələrində təbii resursların səmərəli istifadəsini təşkil etmək məqsədilə Azərbaycan Respublikası Təhsil Nazirliyi Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi “Məktəblərin Yaşıl Şəbəkəsi” müsabiqəsini keçirir.

    Müsabiqənin keçirilməsində əsas məqsəd məktəblilərin ekoloji biliklərinin artırılması, onlarda ətraf mühitin qorunması və təbii ehtiyatların istifadəsi sahəsində xüsusi bacarıqların formalaşdırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi