Şagirdimiz sərbəst güləş üzrə əldə etdiyi nailiyyətlərə görə fərqlənir

Məktəbimizin 11-ci sinif şagirdi Abdullayev Elgiz sərbəst güləş üzrə əldə etdiyi nailiyyətlərə görə fərqlənir. O, "İdman zərərli vərdişlərə qarşı güclü mübarizə vasitəsidir" adlı açıq rayon birinciliyində 1-ci yerə, "Dünya Azərbaycanlılarının Həmrəylik gününə" həsr olunmuş sərbəst güləş üzrə açıq birinciliyində 2-ci yerə, "Aprel şəhidlərinə" həsr olunmuş azyaşlılar arasında Respublika turnirində 1-ci yerə, Qobustan Şəhəri Uşaq Gənclər Məktəbinin açıq birinciliyində uşaqlar və yeniyetmələr arasında keçirilən turnirdə 2-ci yerə layiq görülmüşdür. Onu əldə etdiyi bu uğurlara görə təbrik edir və ona yeni-yeni nailiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi