1 Dekabr "Ümumdünya QİÇS-lə mübarizə günü" qeyd edildi

        Hər il dekabr ayının 1-də Ümumdünya QİÇS-lə mübarizə günü qeyd edilir. Bu münasibətlə məktəbimizin 9a sinfində müəllimimiz Ellada Əhmədova Həyat bilgisi dərsində Ümumdünya QİÇS-lə mübarizə gününü qeyd etməklə "Dəyirmi masa" keçirdi. Tədbirdə Məktəbimizin direktoru Təhmasib Məmiyev, psixoloq və müəllimlər iştirak etdilər. Şagirdlər bu günlə bağlı müzakirələr apardılar. Təqdimatlar dinlənildi. Məktəb rəhbərliyi çıxış edərək bildirdi ki, ötən əsrin ən böyük bəlası sayılan bu xəstəlikdən hazırda da milyonlarla insan əziyyət çəkir. Qeyd olundu ki, Azərbaycanda bu xəstəliklə mübarizə tempi onun yayılmasına uyğun bir sürətlə getməkdədir. Bu mənada Azərbaycan dövlətinin atdığı addımlar, qəbul etdiyi qərarlar və qanunlar kifayət qədər vacib olmaqla yanaşı, günün tələblərinə cavab verməkdədir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi