“Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilir

Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin 15.11.2017-ci il tarixli 228 nömrəli əmrinə əsasən Bakı şəhər məktəblilərinin fizika elminə olan marağının daha da artırılması, bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi, istedadlı şagirdlərin aşkara çıxarılması məqsədilə IX-XI sinif şagirdləri arasında “Gənc fiziklərin yaradıcılıq müsabiqəsi” keçirilir. Müsabiqənin birinci mərhələsi 27 noyabr tarixində məktəbimizin direktoru Təhmasib Məmiyevin rəhbərliyi ilə keçirilmişdir.Birinci və ikinci mərhələdə iştirakçılar 2 akademik saat ərzində ümumtəhsil və uşaq-gənclər inkişaf mərkəzlərinin proqramlarına uyğun olaraq 30 sualdan ibarət testi, 2 məsələni, final mərhələsində isə həmin vaxt ərzində test və məsələ ilə yanaşı 1 təcrübə işini yerinə yetirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi