"Gəncliyimizi qoruyaq"

1 Dekabr Ümumdünya QiÇS-lə mübarizə günüdür.1988-ci ildə təsis edilmiş AİDS Günü dünya ölkələri səhiyyə nazirlərinin AİDS-in profilaktikasında əhalinin ümumi məlumatlılığının artırılmasına çağıran sammitindən sonra təsis edilib. Bundan sonra Ümumdünya Səhiyyə Təşkilatı BMT-nin dəstəyi ilə dekabrın 1-ni Ümumdünya AİDS Günü elan edib. Belə bir günün təsis edilməsi QİÇS-ə qarşı effektiv kampaniyaların birləşməsinə imkan yaradıb. Bu gün Ümumdünya QiÇS-lə mübarizə günü münasibəti ilə məktəbimizdə "Gəncliyimizi qoruyaq" devizi altında tədbir keçirildi. Tədbirdə tanınmış narkoloq Zakir həkim, idmançı gənclər, məktəb rəhbərliyi, müəllimlər və məktəbimizin yuxarı sinif şagirdləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan məktəbimizin direktoru Elşən Qafarov bəşəriyyətin bəlası olan narkomaniya və onun törətdiyi fəsadlar barəsində danışdı. O, müasir gəncliyimizi bu bəladan uzaq olmağa və cəmiyyətə yararlı bir vətəndaş kimi yetişməyə səslədi. Sonra çıxış edən Zakir həkim narkomaniya əleyhinə görülən tədbirlərdən danışdı və bu kimi tədbirlərin cəmiyyətimiz üçün cox vacib bir amil olduğunu vurğuladı. O gənclərimizi ayıq-sayıq olmağa, pis vərdişlərdən və mənfur niyyətli insanlardan uzaq olmağa çağırdı.Daha sonra şagirdlərimiz onları maraqlandıran suallarla qonağa müraciət etdilər.Sonda idmançı gənclərə söz verildi.Onlar da şagirdlərimizi sağlam həyat qurmağa, idmanla məşğul olmağa və Azərbaycanın işıqlı gələcəyi naminə daim çalışmağa səslədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi